SƏNAYE

14 İyul

Gürcüstan Azərbaycandan aldığı  yanacağın həcmini AÇIQLAYIB

Bu ilin yanvar-iyun ayları ərzində Gürcüstan Azərbaycandan 88,8 min ton avtomobil yanacağı idxal edib.

Bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycandan yanacaq idxalı Gürcüstanın ümumi idxalının 17,8%-nə bərabər olub. Bu göstərici ilə Azərbaycan Gürcüstanın üçüncü əsas yanacaq təchizatçısı olub. Birinci və ikinci yerlərdə isə müvafiq olaraq Rusiya – 90,2 min ton (18,1%) və Rumıniya 90,2 min ton (18,1%) qərarlaşıb.

Cari ilin ilk altı ayı ərzində Gürcüstan Türkmənistandan 50,3 min ton (10,1%), Bolqarıstandan 36,6 min ton (7,4%), Yunanıstandan 21,4 min ton (4,3%), Qazaxıstandan 20,3 min ton (4,1%), Türkiyədən 9,1 min ton (1,8%) yanacaq idxal edib.

(c)APA