SƏNAYE

14 İyul

Rusiyada qızıl ixracından əldə olunan gəlir qazı keçdi

Rusiyanın qızıl ixracatından əldə etdiyi gəlir ilk dəfə qaz satışından əldə olunan gəliri üstələyib.

"RİA Novosti" xəbər verir ki, bu barədə Federal Gömrük Xidməti və Mərkəzi Bankın məlumatlarında qeyd olunub. Belə ki, aprel və may aylarında Rusiya şirkətləri xaricə 3,55 milyard dollar dəyərində 65.4 ton qızıl satıblar.

Eyni zamanda boru kəməri ilə xammal ixracında inhisara malik olan Rusiyanın Qazprom şirkəti isə qaz ixracatından 2.4 milyard dollar qazanıb. Mərkəzi Bankın məlumatına görə, bu, 2002-ci ildən bəri minimum rüblük qiymətdir. Rusiya 1994-cü ildən etibarən belə vəziyyətin ilk dəfə müşahidə olunduğu bildirlib.