SƏNAYE

13 İyul

«Azpetrol»un 4 məntəqəsində sıxılmış təbii qazın  satışına başlanılıb

19 mart 2020-ci il tarixindən etibarən “Azpetrol” şirkətinin “Babək” qazdoldurma məntəqəsində (QDM-də), iyulun 08-də “Mərdəkan” QDM-də, iyulun 10-da “Mayak” QDM-də, iyulun 11-də “Masazır” YDM-də STQ-nin satışına başlanılıb.

Qeyd edək ki, STQ (“CNG”) mühərrik yanacağı Avro-6 ekoloji və QOST 27577-2000 “Daxili yanma mühərriklərdə istifadə edilmiş sıxılmış təbii qaz” standartlarının tələblərinə tam cavab verir.

QDM-nə daxil olan təbii qazın tərkibindəki mexaniki qarışıqların, müxtəlif kondensatların və sərbəst suyun təmizlənməsi üçün QDM-nə koalisçent tipli Filter-Separator quraşdırılıb.

Onu da bildirək ki, “Azpetrol”un məntəqələrində STQ (“CNG”) avadanlıqlarının quraşdırılması İtaliyanın “SAFE” şirkəti tərəfindən həyata keçirilib