SƏNAYE

16 Aprel

Yanvarda 2 milyard dollara yaxın idi, Martda 800 milyondan aşağı düşüb

2020-ci ilin Mart ayı ərzində Azərbaycanın satdığı xam neftin dəyəri 795 milyon 370 min dollar təşkil edib.

Dövlət Gömrük Komitəsi məlumat verir ki, Yanvarda ixrac edilmiş xam neftin dəyəri 1 milyard 960 milyon dollar, Fevralda  isə 766 milyon 768 min dollar təşkil edib.

İlk 3 ayda ixrac edilmiş neftin cəmi dəyəri 3 milyard 522 milyon dollar olub.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin Yanvar ayında ixrac edilmiş xam neftin dəyəri 1 milyard 18 milyon dollar, Fevral ayında 1 milyard 585 milyon dollar, Mart ayında 930 milyon 393 min dollar təşkil etmişdi.

Ötən ilin ilk 3 ayda ixrac edilmiş neftin cəmi dəyəri 3 milyard 534 milyon dollar təşkil etmişdi.

Qeyd edək ki, 2020-ci ilin Mart ayında neft qiymətləri kəskin düşüb. Apreldə neft ixracından gəlirin daha da düşəcəyi gözlənilir.