SƏNAYE

14 Aprel

Qaz hasilatı artdı - SOCAR hesabat verdi

SOCAR 2020-ci ilin birinci rübündə öz imkanları ilə istismar etdiyi yataqlarda 1,9 milyon ton1 neft, 1,8 milyard kubmetr 2 qaz hasil edib.
Fins.az xəbər verir ki, bu barədə "SOCAR" -ın birinci rübə dair hesabatında məlumat verilir.
Məlumatda bildirilir ki, ölkə üzrə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% artaraq, 10 milyard kubmetr3 , neft hasilatı 9,3 milyon ton4 təşkil edib. 
Həmçinin "SOCAR"-ın özünün istismar etdiyi yataqlarda hasilatın artmasına baxmayaraq, ümumilikdə ölkə üzrə neft hasilatının idarəolunan templə təbii azalması davam edib.-deyə hesabatda qeyd edilir

Daha sonra SOCAR 26 min metrə yaxın5 , o cümlədən mart ayında təqribən 9 min metr6 həcmində qazma işləri həyata keçirib.

Vurğulanır ki, 2020-ci ilin ilk üç ayında SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 1,5 milyon tondan7 çox məhsul istehsal olunub. Qaz Emalı Zavodunda isə həmin dövr ərzində 1,1 milyard kubmetr8 qaz emal edilib. 
Həmçinin SOCAR-ın Azərikimya İB-nin müəssisələrində 167 min tona yaxın9 xammal emal olunaraq, müvafiq məhsullar istehsal edilib.

Müəllif: Aynur Qəniyeva