SƏNAYE

13 Aprel

Azərbaycan 154 mln dollar dəyərində müdafiə təyinatlı məmulatlar istehsal edib

2019-cu ildə Azərbaycanda 261,6 milyon manat ($153,9 milyon) dəyərində müdafiə təyinatlı məmulatlar ÖĞistehsal edilib. 2018-ci ildə bu məbləğ 247,8 milyon manat ($145,8 milyon) təşkil edib.Beləliklə, 2019-cu ildə müdafiə təyinatlı məmulatların istehsal həcmi 5,6% artıb.

“Ötən il ixrac əməliyyatlarının xüsusi çəkisi 2018-ci illə müqayisədə 5,5% artıb”, - deyə məlumatda bildirilir.

Hazırda Azərbaycanda istehsal olunan döyüş sursatları, müasir atıcı silahlar, pilotsuz uçuş aparatları və zirehli texnika 10-dan çox ölkəyə ixrac edilir.

2019-cu ildə 112 mövzunu əhatə edən təcrübi-konstruktor işləri aparılıb, 9 növ məmulatın silahlanmaya qəbul edilməsi tövsiyə olunub.

Hazırda respublikanın müdafiə təyinatlı müəssisələrində 700-dən çox adda məmulat və onların komplekt hissələri istehsal edilir