SƏNAYE

13 Aprel

Sabah bu ərzilərdə elektrik enerjisi kəsiləcək

Sabah, saat 11:30-16:00 arasında Abşeron rayonunun Qobu qəsəbəsi və Nübar yaşayış massivinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilə yaranacaq. 

Bunu Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. 

Onun sözlərinə görə, fasiləyə səbəb Xırdalan ETSİ-nin xidməti ərazisində yerləşən 110/35/10 kv-luq "Qobu Yarımstansiyası"ndan qidalanan 10 kv-luq "Qobu-1" və 10 kv-luq "Nübar-1" hava elektrik verilişi xətlərində aparılan yenidənqurma və cari təmir işləridir.

(c)report