Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib.
Fins.az-ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Təşkilat Komitəsinin tərkibinə aşağıdakı şəxslər daxil edilib:
“Xanlar Ağalarov – Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri
Gülşən Axundova – “Qadın, İnkişaf, Gələcək” ictimai birliyinin sədri.
Səbinə Hacıyeva – Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi.
Mehriban İmanova – Azərbaycan Elm Fondunun İcraçı direktoru.
Məryəm Məcidova – Azərbaycan Respublikasının Gənclərin Gender Bərabərliyi Mərkəzi “Gender Hub” ictimai birliyinin sədri.
Natəvan Məmmədova – Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi
Nigar Məmmədova – “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru
Şəbnəm Məmmədova – “SmartNation” platformasının təsisçisi.
İlqar Musayev – Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi
Samirə Musayeva – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini.
Rövşən Nəcəf – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Könül Nurullayeva – Azərbaycan Respublikası Milli Məclisinin deputatı.
Ruslan Sadıqov – Bakı “Ağ Şəhər” layihəsinin baş direktoru”.
İnarə Vəliyeva – Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyətinin sədri
Pərvanə Vəliyeva – “Sağlamlığa Xidmət” ictimai birliyinin icraçı direktoru, “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi
Fatma Yıldırım – Azərbaycan Respublikası Milli Məclisinin deputatı.
Təşkilat Komitəsinin tərkibindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev çıxarılıb.