RƏSMİ

19 Fevral

Bələdiyyələrin fəaliyyəti ilə bağlı 4.487 müraciət daxil olub

Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 4.487 müraciətdən 4.102-nə baxılıb, 134-ü aidiyyəti üzrə göndərilib, 251 müraciətə isə baxılmaqdadır.

Fins.az xəbər verir ki, bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2023-cü il üzrə illik məruzədə qeyd edilib.

Məlumata görə, müraciətlər üzrə inzibati nəzarət icraatı nəticəsində aşkar edilmiş qanunvericiliyin tələblərinə zidd 175 bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə verilmiş təkliflər əsasında 167 akt ləğv edilib, 4 akt dəyişdirilib, 2 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb, 2 təklif isə baxılmaqdadır.

Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı təklif verilmiş 3.856 aktdan 2.405-i ləğv edilib, 1.098-i dəyişdirilib, 37 təmin olunmamış təklif üzrə məhkəmələrdə təklif üzrə iddia qaldırılıb, 316 təklif isə baxılmaqdadır.