Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair dövlət proqramı hazırlanacaq.
Fins.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Aviasiya haqqında” qanunun tətbiqi barədə fərmanında əksini tapıb.
Nazirlər Kabineti hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair dövlət proqramı ilə bağlı təkliflərini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.