RƏSMİ

15 Fevral

Azərbaycan zeytun yağı və süfrə zeytunlarına dair beynəlxalq sazişə qoşulub

Prezident İlham Əliyev “Zeytun yağı və süfrə zeytunlarına dair 2015-ci il tarixli Beynəlxalq Saziş”ə qoşulmaq haqqında qanunu təsdiqləyib.

Fins.az xəbər verir ki, bununla da, Azərbaycan 2015-ci il oktyabrın 9-da İsveçrənin Cenevrə şəhərində imzalanmış “Zeytun yağı və süfrə zeytunlarına dair Beynəlxalq Saziş”ə qoşulub.