“Qeyri-neft ixracatının artırılması və ixracatın strukturunun şaxələndirilməsi iqtisadi prioritetlər sırasındadır. Bu baxımdan, iqtisadiyyatın diversifikasiyası, neftdən asılılığın aradan qaldırılması əsas iqtisadi hədəflərdəndir. Artıq ölkədə qeyri-neft ixracatı ikinci ildir ki, 3 milyard dollardan çoxdur. Artım faizini nəzərə alsaq, 2026-cı ildə 5 milyard dollarlıq qeyri-neft ixracatı mümkündür. Çünki son 3 ildə Azərbaycanın qeyri-neft ixracatı 2 dəfə artıb.
Bu da ümumi qeyri-neft ixracının artımı üçün zəmin yaradır".
Bunu millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramovdeyib.
O bildirib ki, 2026-cı ildən sonrakı dövrdə qeyri-neft ixracı prioritet olmaqla yanaşı, iqtisadi siyasətin hədəflərinə uyğun olaraq genişlənəcək:
“Birinci mərhələdə qeyri-neft ixracının ümumi ixracda payının 30 faizə qədər artırılması çox vacibdir. Çünki bu, resurs ixracında asılılığın aradan qaldırılması və iqtisadi diversifikasiyanın təmin olunmasında əsas faktorlardan hesab olunur”.
Millət vəkili qeyd edib ki, qeyri-neft ixracatı iqtisadi diversifikasiya baxımından çox vacibdir. Çünki qeyri-neft ixracı iqtisadiyyatın şaxələnməsinə və qeyri-neft sektorunun inkişafına stimul yaradan faktorlardan biridir.
© bakupost