RƏSMİ

06 Fevral

Bu sahibkarlara dəstək göstəriləcək

Nazirlər Kabineti “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısı”nı təsdiqləyib.

Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi qeyd olunan sahələrin inkişafının stimullaşdırılması istiqamətində əlavə yeni dəstək mexanizmlərinin yaradılması ilə bağlı təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin SİYAHISI

Mikro, kiçik və orta sahibkarlığın inkişafının yeni və daha səmərəli dəstəklər hesabına sürətləndirilməsi, qlobal iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyalara qarşı bu sahədə rəqabətli və dayanıqlı iqtisadi fəaliyyət mühitinin formalaşdırılması məqsədilə aşağıdakı sahələr üzrə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi təmin edilir:

1. Sənaye

2. Kənd təsərrüfatı

3. İnformasiya və rabitə

4. Turizm

5. Tikinti

6. Nəqliyyat

7. Ticarət.