RƏSMİ

01 Fevral

Azərbaycan növbəti beynəlxalq sazişə qoşulur - Milli Məclis

Azərbaycan “Zeytun yağı və süfrə zeytunlarına dair 2015-ci il tarixli Beynəlxalq Saziş”ə qoşulur.

Fins.az xəbər verir ki, qanun Milli Məclisin bugün keçirilən yaz sessiyasının ilk iclasında müzakirəyə çıxarılıb və səsə qoyularaq bir oxunuşda qəbul olunub.

Qanuna əsasən, Azərbaycan Respublikası 2015-ci il oktyabrın 9-da Cenevrə şəhərində imzalanmış “Zeytun yağı və süfrə zeytunlarına dair 2015-ci il tarixli Beynəlxalq Saziş”ə qoşulur.