Ali təhsil haqqında qanun layihəsi niyə sessiyadan sessiyaya ötürülür?
Fins.az xəbər verir ki, bunu deputat Əziz Ələkbərli Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Ə.Ələkbərli təklif edib ki, əgər bu qanun layihəsi hazır deyilsə gündəlikdən birdəfəlik çxıarılsın: “Yox əgər hazırdırsa, o zaman gündəliyə salınsın”.
Deputat Fəzail Ağamalı isə bildirib ki, uzun illər təhsil sahəsində çalışan şəxslər Ali təhsil haqqında qanun layihəsi ilə bağlı dinləmələrə dəvət olunsunlar.
Milli Məclisin sədri Sədr Sahibə Qafarova da deyib ki, dinləmələr açıqdır, bu barədə məlumat da paylaşılır:
"Dinləmələrdə iştirak edə bilərsiz".
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev isə qeyd edib ki, Ali təhsil haqqında qanun layihəsi işçi qaydada müzakirə olunub:
“İşçi qrupun təqdim etdiyi qanun layihəsini müvafiq icra orqanlarına göndərmişik. Müvafiq qurumlarla bu qanun layihəsini müzakirə etdikdən sonra Milli Məclisin Təhsil komitəsində birinci oxunuşa çıxarılacaq və dinləmələr keçiriləcək. Hazırda dinləmələrin keçirilməsi üçün hazır layihə yoxdur”.
© trend