RƏSMİ

12 Yanvar

Mülki Məcəllədə nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi qaydası dəyişib

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarı imzalayıb.

Fins.az xəbər verir ki, qərara əsasən, Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi satınalma predmetinin qiymətlərinin azalmasına səbəb olduqda - satınalan təşkilat dəyişikliyin baş verdiyi gündən 20 (iyirmi) iş günü müddətində təchizatçı qarşısında qiymətlərə yenidən baxılması barədə məsələ qaldırır.

Qiymətlərə yenidən baxılması barədə məsələ ilə bağlı tərəflər öz qərarı barədə 10 (on) iş günü müddətində qarşı tərəfə rəsmi məlumat verir.