Nazirlər Kabineti “Satınalmalara cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi”ni təsdiqləyib.
Fins.az-ın xəbərinə görə, yeni kodeksin təsdiqi ilə əlaqəda “Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi”nin təsdiq edilməsi haqqında” qərar ləğv edilib.
Davranış Kodeksi satınalmalarda maraqların toqquşmasının aradan qaldırılması məsələlərini, satınalmalara cəlb olunan vəzifəli şəxslərin konkret satınalmalarda maraqlarının olub-olmamasının bəyan edilməsini, satınalmalara cəlb olunan vəzifəli şəxslərin qanunla müəyyən olunan məsuliyyətini, peşə hazırlığını və onların yoxlanılması norma və qaydalarını müəyyən edir, şəxsi məsuliyyət, qanuna riayət edilməsi, ictimaiyyətlə münasibətdə etik davranış və digər məsələlərin həllinə dair vəzifələri özündə əks etdirir.