RƏSMİ

08 Yanvar

Bioloji Müxtəlifliyin Qorunması Xidməti ləğv olunur

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti ləğv olunur.

Fins.az xəbər verir ki, bu barədə "Vergilər" qəzetində elan yerləşdirilib.

"Kreditorlar iki ay ərzində tələblərini 1009 Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 35, mənzil 35 ünvanına bildirə bilərlər", - elanda deyilir.

Qeyd edək ki, xidmətin rəhbəri Firudin Əliyevdir. O, bu vəzifəyə 2020-ci ilin 9 aprel tarixində təyin edilib.

Fuad Mədətov
Fins.az