RƏSMİ

28 Dekabr

“Dövlət qulluğu haqqında” qanunda DƏYİŞİKLİK

Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısına daxil edilib.

Fins.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında” 2003-cü il 4 avqust tarixli 911 nömrəli, “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli, “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 11 sentyabr tarixli 829 nömrəli fərmanlarında və “Ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələrin və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısının təsdiq edilməsi barədə” 2008-ci il 10 mart tarixli 2715 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Fərmanında əksini tapıb.

Digər bir dəyişikliklə isə Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini mobil xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısına daxil edilib.