Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Qanunun tətbiqi və “Gömrük tarifi haqqında” Qanunun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fins.az xəbər verir ki, fərmanla müəyyən edilib ki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.24 – 20.0.28-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
Həmin Qanunun 20.0.24-cü və 20.0.26-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Fondu nəzərdə tutulur;
Həmin Qanunun 20.0.25-ci maddəsində “orqan (qurum)” dedikdə Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası nəzərdə tutulur;
Həmin Qanunun 20.0.27-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti nəzərdə tutulur;
Həmin Qanunun 20.0.28-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi nəzərdə tutulur.
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin fərmanında aşağıdakı dəyişikliklər edilib:
2.1. 3.1-1-ci bənddə “və 20.0.23-cü (hər iki halda)” sözləri “, 20.0.23-cü (hər iki halda) və 20.0.24 – 20.0.28-ci” sözləri ilə əvəz edilsin;
2.2. 3.9-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.10 – 3.13-cü bəndlər əlavə edilsin:
“3.10. həmin Qanunun 20.0.24-cü və 20.0.26-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Fondu nəzərdə tutulur;
3.11. həmin Qanunun 20.0.25-ci maddəsində “orqan (qurum)” dedikdə Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası nəzərdə tutulur;
3.12. həmin Qanunun 20.0.27-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti nəzərdə tutulur;
3.13. həmin Qanunun 20.0.28-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi nəzərdə tutulur.”.