RƏSMİ

24 Dekabr

Fins.az kollektivi Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edir

Möhtərəm cənab Prezident.

Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, işlərinizdə böyük uğurlar arzulayıram.

Dövlətimizin başçısı kimi 20 illik fəaliyyəti dövrünüzdə xalqa verdiyiniz bütün vədləri tərəddüdsüz yerinə yetirilməsi, xüsusilə, Vətən müharibəsindən sonra Azərbaycanın Qarabağ bölgəsində Sizin rəhbərliyinizlə böyük bərpa işlərinin həyata keçirilməsi və qısa zaman ərzində bir çox infrastrukturun bərpa olunaraq bölgəyə Böyük Qayıdışın təmin edilməsi böyük təqdirəlayiq haldır. Bu, Qarabağa tarixi gözəlliyin və dərin mənəvi həyatı qaytarılmasında xüsusi rol oynayır. Bu baxımdan Siz Azərbaycanın yeni tarixini yazdınız və bu gün Azərbaycan beynəlxalq aləmdə sabit və təhlükəsiz ölkə kimi qəbul olunur.

Sizin yorulmaz əməyiniz sayəsində Azərbaycan sosial-iqtisadi sahədə və beynəlxalq aləmdə sanballı uğurlar qazanmışdır.

Möhtərəm cənab Prezident, əminik ki, həyata keçirdiyiniz siyasət ölkəmizə daha böyük uğurlar və qələbələr gətirəcəkdir.

2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək və Azərbaycan xalqı ilk dəfə olaraq ərazi bütövlüyünü tam bərpa etmiş Qalib ölkənin Prezidentini seçəcək. Həmçinin müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Fins.az iqtisadiyyat xəbər portalı olaraq fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində məhz Sizi-namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyevi dəstəkləyirik.

Ulu Tanrı köməyiniz olsun, ali missiyanızı həyata keçirmək üçün Sizə səbir, güc və uğurlar bəxş etsin!

Qoy qarşıdan gələn il Sizin üçün və qüdrətli ölkəmiz üçün uğurlu, parlaq hadisələrlə, yeni xeyirxah işlər və nailiyyətlərlə zəngin olsun!

Möhtərəm cənab Prezident, Sizi doğum gününüz münasibətilə bir daha ürəkdən təbrik edirik, möhkəm cansağlığı, ailə səadəti və ölkəmizi daha yüksək zirvələrə aparan yolda böyük uğurlar arzulayırıq!

Hörmətlə,

Fins.az iqtisadiyyat xəbər portalının rəhbəri, sahibkar Vüqar Bağırov və Fins.az kollektivi.