İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 5 illik dövrü əhatə edən strateji plan hazırlanır.
Fins.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, hədəf sığorta çərçivəsində daha çox tibbi xidməti əhatə edərək, vətəndaşlara vaxtında, keyfiyyətli xidmətləri təqdim etməkdir:
“Əhalinin tibbi xidmətlərə olan ehtiyaclarının müəyyən olunması üçün mövcud situasiyanın analizi, xəstələnmə səviyyəsinin və buna uyğun tibbi xidmət tələbinin müəyyən olunması üzərində çalışılacaq. Xidmətlər Zərfi ilə qarşılanan xidmətlərin sayını artırmaq, göstəriləcək xidmətlərin sosial-iqtisadi qiymətlərinin aparılması nəzərdə tutulub”.
Fuad Mədətov
Fins.az