İş və istirahət günlərinin yerləri dəyişdirilib.
Fins.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü ilin 4 və 5 yanvar iş günləri ilə müvafiq olaraq 2023-cü ilin 30 dekabr və 2024-cü ilin 7 yanvar istirahət günlərinin yerləri dəyişdirilib.
Qeyd edək ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il dekabrın 30-u şənbə, 2023-cü il dekabrın 31-i və 2024-cü il yanvarın 7-si tarixləri bazar günlərinə təsadüf edir.
Gələn il yanvarın 6-sı şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə bir həftə - 2023-cü il dekabrın 31-i, 2024-cü il yanvarın 1, 2, 3, 4, 5 və 6-sı qeyri-iş günü olacaq.
Yeni ilin ilk iş günü isə yanvarın 7-dən başlayacaq.