RƏSMİ

07 Dekabr

Azərbaycan və Böyük Britaniya tərəfdaşlıq və əməkdaşlıq Sazişi imzalayıb

Xəbər veridyimiz kimi, bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası başlayıb.

Fins.az xəbər verir ki, Azərbaycan və Böyük Britaniya tərəfdaşlıq və əməkdaşlıq Sazişi imzalayıb.

Belə ki, müstəsna strateji saziş Azərbaycanın "Bridge" şirkətlər qrupu və Böyük Britaniyanın "Concrete Canvas Limited" şirkəti arasında Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası çərçivəsində imzalanıb.

İclasda iki ölkə arasında biznes mühiti, enerji keçidi, səhiyyə, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması nəzərdə tutulur.

Komissiyanın həmsədrləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın ixrac məsələləri üzrə dövlət naziri Lord Malkolm Offorddur.

Fuad Mədətov
Fins.az