Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev dekabrın 7-də “China Energy International Group Co. Ltd” şirkətinin prezidenti Çiao Sübin ilə görüşüb.
Fins.az xəbər verir ki, görüşdə Azərbaycan-Çin dostluq və əməkdaşlıq əlaqələrinin siyasi, ticarət-iqtisadi, qarşılıqlı investisiyalar, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, humanitar və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi, dövlətlərarası münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı bildirildi.
Azərbaycanın “yaşıl” enerji imkanlarının inkişaf etdirilməsi məqsədilə potensial layihələr müzakirə olundu və bu sahədə imzalanan əməkdaşlıq sənədlərinin əhəmiyyəti vurğulanaraq, görüləcək işlər və gələcək hədəflər nəzərdən keçirildi.
Görüşdə həmçinin işğaldan azad olunan ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən bəhs edildi, “China Energy International Group Co. Ltd” şirkəti ilə bu istiqamətdə əməkdaşlıq imkanları müzakirə olundu.
Fuad Mədətov
Fins.az