RƏSMİ

21 Noyabr

İlham Əliyev Qırğız Respublikası ilə imzalanan SAZİŞİ TƏSDİQLƏDİ

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında İssık-Kul gölünün sahilində beşulduzlu mehmanxananın tikintisi üzrə investisiya qoyuluşu haqqında Saziş"in təsdiq edilməsi barədə fərman imzalayıb.

Fins.az bildirir ki, fərmana əsasən, 2023-cü il oktyabrın 12-də Bişkek şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında İssık-Kul gölünün sahilində beşulduzlu mehmanxananın tikintisi üzrə investisiya qoyuluşu haqqında Saziş" təsdiq edilib.

Bu fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərməlidir.