RƏSMİ

02 Noyabr

Təhsil haqları ilə bağlı gözlənilən GÜZƏŞT

Təhsil haqlarını ödəmək üçün maddi yardımın gəlir vergisindən azad olunan hissəsi 1000 manatdan 2500 manata qaldırılacaq.

Fins.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.

Layihəyə əsasən, hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin gəlir vergisindən azad olunan hissəsinin 1000 manatdan 2500 manata qaldırılması nəzərdə tutulur.