RƏSMİ

02 Noyabr

Dividentlər üzrə vergi dərəcəsi 5 faizə endirilir

Dividentlər üzrə vergi dərəcəsi 5 faizə endirilir.

Fins.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.

Layihəyə əsasən, dividentlər üzrə ödəmə mənbəyində vergi dərəcəsi 10 faizdən 5 faizə endirilir.

Dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının, yerli özünüidarəetmə orqanlarının və dövlət adından yaradılan publik hüquqi şəxslərin divident gəlirlərinə görə vergi azadolunması ləğv edilərək 5 faiz dərəcə ilə vergi tutulacaq.