RƏSMİ

08 Noyabr

2024-cü ildə dövlət sifarişləri üçün publik hüquqi şəxslərə ayrılan vəsait 20,2% çoxdur

Növbəti ilin dövlət büdcəsi layihəsində dövlət sifarişi ilə dövlət büdcəsinin vəsaiti hesabına zəruri təyinatlı tədbirlərin və işlərin həyata keçirilməsi üçün publik hüquqi şəxslərə ayrılan vəsait üzrə 20.2% artım proqnozlaşdırılıb.

Fins.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2024-cü ilin dövlət büdcəsinin layihəsinə verdiyi rəydə bildirilib.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinə dair İzahata əsasən 2024-cü ildə dövlət sifarişinin yerinə yetirilməsi üçün 52 publik hüquqi şəxsə 534,2 mln. manat vəsait nəzərdə tutulur ki, bu da 2023-cü illə müqayisədə 89,8 mln. manat və ya 20,2% çoxdur.

Fuad Mədətov
Fins.az