RƏSMİ

27 Oktyabr

Bakıda QDİƏT URTA Baş Assambleyasının 42-ci iclası keçirilib

Bu gün Bakıda QDİƏT URTA Baş Assambleyasının 42-ci iclası keçirilib.

Fins.az xəbər verir ki, iclasda İQDİƏT URTA Baş Assambleyasının 2024-cü il üçün büdcəsi, təşkilatın 2024-cü il üçün İşçi Proqramı müzakirə edilib. Həmçinin, Assambleyanın İdarə Heyətinin Şurasının hesabatı açıqlanıb.

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş katibi Kənan Qurbanov çıxış edərək bildirib ki, URTA Baş Assambleyasının 42-ci iclası Orta dəhlizin inkişafında öz töhfəsini verəcək.

Onun sözlərinə görə, iclas zamanı Zəngəzur dəhlizinin perspektivləri barədə söz açılıb, bununla bərabər Orta dəhlizin və onun rəqəmsal inkişafı məqsədləri geniş müzakirə olunub.

"Bu tədbirin Orta dəhlizin inkişafı üçün mütləq mühüm rolu olacaq", - Kənan Qurbanov qeyd edib.