Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz və ya 35 milyon manat artıb.
Fins.az xəbər verir ki, bunu sahibkarlarlarla keçirilən tədbirdə Nахçıvаn Muхtаr Rеspublikаsı İqtisаdiyyat nаziri Tapdıq Əliyev çıxışı zamanı deyib
Nazirin sözlərinə görə, cari ilin 9 ayında Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 120,6 milyon manatdan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 35 faiz və ya 31 milyon manat çoxdur.
T.Əliyev onu da vurğlayıb ki, muxtar respublikanın iqtisadiyyatında şəffaflaşmanın artması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin leqallaşdırılması vergi daxilolmalarının dinamik artımı ilə nəticələnib.
Günel Məlikzadə
Fins.az