RƏSMİ

25 Oktyabr

M.Cabbarov:"İnvestisiyaların real artım tempi 21,3% olub"

Bu ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəlmiş investisiyaların real artım tempi ötən ilin eyni dövrünə nisbətən 21,3% olub.

Fins.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında bildirib.

"Bu müddətdə məhsul istehsalı və xidmət sahələrinə yönəlmiş investisiyaların həcmi müvafiq olaraq 20,8% və 27,4% artıb", - nazir qeyd edib.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda əsas kapitala 18 milyard 272,3 milyon manat yönəldilib ki, bu da 2021-ci illə müqayisədə 5,5 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 49,3 faiz, büdcə vəsaitləri 36,4 faiz, əhalinin şəxsi vəsaitləri 6,7 faiz, bank kreditləri 2,6 faiz, sair vəsaitlər 5 faiz təşkil edib.

Günel Məlikzadə
Fins.az