Azərbaycan nümayəndə heyətinin üzvü, Naxçıvan Ali Məclisinin deputatı Aidə Cəlilzadə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Cari Məsələlər Komitəsinin 1-ci vitse-prezidenti seçilib.
Bu barədə məlumatı Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov öz sosial şəbəkə hesabında paylaşıb.
Aidə Cəlilzadənin namizədliyi 45-ci sessiyada "Europen Conservative and Reformist" (ECR) siyasi partiya qrupu tərəfindən irəli sürülüb.
Fuad Mədətov
Fins.az