Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları təsdiqlənib.
Fins.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın təsdiqi və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.