Ödəniş hesablarının açılması və aparılması, habelə kredit kartlarının emissiyası qaydası müəyyənləşəcək.
Fins.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 940-VIQD nömrəli Qanununun tətbiqi haqqında” fərmanda əksini tapıb.
Fərmana əsasən, Mərkəzi Banka ödəniş hesablarının açılması və aparılması, habelə kredit kartlarının emissiyası qaydasını altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tövsiyə olunub.