Çolpon-Ata şəhərində Qırğız Fond Birjası QSC ilə Bakı Fond Birjası arasında anlaşma Memorandumu imzalanıb.
Sənədi Qırğız Fond Birjasının prezidenti Mədət Nəzərəliyev və Bakı Fond Birjası İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev imzalayıblar.
Fins.az xəbər verir ki, bu sənəd iqtisadi əlaqələrin inkişafına və iki ölkənin fond birjaları arasında qarşılıqlı münasibətlərin dərinləşməsinə kömək edəcək. Əməkdaşlığın əsas istiqamətləri birja ticarətinin təşkili, texniki infrastruktur və postreydinq mühitinin yaxşılaşması üzrə təcrübə mübadiləsi aparmaqdır.
Qırğızıstanın Xarici İşlər Nazirliyi iki ölkənin fond birjaları arasında tərəfdaşlıq münasibətlərinin qurulması işinə mühüm töhfə verib.
2022-ci ilin noyabrında Qırğızıstan Prezidenti Sadır Japarov “Fond birjasının və birja fəaliyyətinin gələcək inkişafına dair tədbirlər haqqında” Fərman imzalayıb. Bu sənəd Qırğız Fond Birjasının beynəlxalq maliyyə bazarlarına inteqrasiyasının möhkəm əsasını qoyub.