Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın energetika nazirləri Xəzər dənizindən Avropaya "yaşıl enerji"nin ötürülməsi ilə bağlı birgə sənəd imzalayıblar.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahabzov "Twitter" hesabında bildirib.
"Buxarestdə Xəzərdən Avropaya "yaşıl enerji"nin ötürülməsini nəzərdə tutan layihənin həyata keçirilməsi üçün Gürcüstan, Rumıniya və Macarıstandan olan həmkarlarımla 4 ölkə arasında müştərək müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzaladıq", - nazir qeyd edib.