RƏSMİ

21 İyul

Qabar neftinin hasilatı 100 min barrelə çatdırılacaq - Ərdoğan

Türkiyənin Qabar dağından çıxarılan 12-13 min barrel olan neftin hasilatı 2024-cü ilə qədər 100 min barrelə çatdırılacaq.

Fins.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələrindən dönüşü zamanı jurnalistlərə açıqlamasında deyib.

"Qabar neftinin Türkiyə iqtisadiyyatına müsbət təsiri 2024-cü ildə başlayacaq. Ona görə də hasilatı iki dəfə artırmağı hədəfləyirik", - deyə o əlavə edib.

Xatırladaq ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.

©Trend