İyulun 21-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” üzrə işçi qrupunun növbəti iclası keçiriləcək.
Dövlət Vergi Xidmətindən Fins.az-a bildirilib ki, tədbirdə Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoruna dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”nin rüblük icra vəziyyəti ilə bağlı məsələlər, 2023-cü ilin sonunadək görüləcək işlərə dair cari vəziyyət, özəl sektorun Yol Xəritəsinin icrasında rolu müzakirə ediləcək.
Vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın //azranking.az internet portalının “Onlayn müraciət” (//azranking.az/online-apply) bölməsi və keçiriləcək iclasla əlaqədar “Təklif göndər” onlayn xidməti vasitəsilə aidiyyəti məsələlər barədə təkliflər verə bilərlər.