RƏSMİ

18 İyul

Mərkəzi Bank 4 fiziki şəxsə sığorta agenti fəaliyyətinə görə verdiyi lisenziyaları ləğv edib

Azərbaycan Mərkəzi Bankı (AMB) 4 fiziki şəxsə sığorta agenti fəaliyyətinə görə verdiyi lisenziyaları ləğv edib.

AMB-dan Fins.az-a bildirilib ki, bununla bağlı qərar “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, 1 il ərzində lisenziyanın qüvvəsinin dayandırılmasına səbəb olmuş halın 3-cü dəfə təkrarlanması nəzərə alınaraq qəbul olunub.