Sahibkarlıq sahəsində aparılan yoxlamalar zamanı risklərin idarə olunması sistemi formalaşdırılacaq.
Fins.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna əlavə edilən yeni - 9-1-ci maddədə əksini tapıb.
Risklərin idarə olunması sisteminə aşağıdakılar daxildir:
- risklərin müəyyənləşdirilməsi – risklərin və onların mənbələrinin aşkar edilməsi, o cümlədən risklərin reallaşması və potensial zərərin vurulması ehtimalının müəyyənləşdirilməsi;
- risklərin təhlili – risklərin zərərlə nəticələnməsi ehtimalını artıran mexanizm və amillərin araşdırılması;
- risklərin qiymətləndirilməsi:
- risklərin artmasına gətirib çıxaran səbəb və amillərin müəyyən edilməsi;
- ölkə üzrə nəzarət fəaliyyətinin təsnifatlaşdırılması məqsədilə risklərin ümumi səviyyəsinin ölçülməsi;
- yaratdığı risk səviyyəsi əsasında nəzarət olunan yoxlama obyektlərinin təsnifatı üçün meyarların hazırlanması;
- risk qrupları əsasında sahibkarlar üzərində nəzarət dərəcəsinin prioritetləşdirilməsi;
Risklərin idarə olunması – riskin təhlili və qiymətləndirilməsi əsasında tədbirlərin tətbiqini nəzərdə tutur.
Tədbirlərin görülməsi isə yoxlama obyektlərinin məcburi tələblərə uyğun gəlməsi və risk yaratmaması üçün yoxlayıcı orqan tərəfindən müvafiq tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilməsidir.