RƏSMİ

07 İyul

ADY "Qızılca" yatağından istifadə hüququ qazandı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yerin təkindən istifadə ilə bağlı keçirilmiş hərracda “Azərbaycan Dəmir Yolları” QSC (ADY) qalib gələrək Göygöl rayonunda yerləşən “Qızılca” plagioporfir (tikinti daşı) yatağından istismar hüququ qazanıb.

Fins.az xəbər verir ki, faydalı qazıntı yatağının yerləşdiyi ərazinin sahəsi 12 hektardır və istismar müddəti 25 il nəzərdə tutulub.

ADY-nin faydalı qazıntı yatağından yenidən istifadə hüququ qazanması yeni və bərpa olunan dəmir yolu xətlərinin tikintisi zamanı ballast materialları ilə təminatda müstəsna əhəmiyyət kəsb edəcək.