RƏSMİ

06 İyul

Müəssisənin ödədiyi hansı sığorta haqları onun gəlirindən çıxıla bilər?

Vergi Məcəlləsinin 116-cı maddəsinə əsasən, öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, müəssisə tərəfindən sığorta haqları gəlirdən çıxılır.

Fins.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, belə olan halda müəssisə öz işçisinin nəqliyyat vasitəsinin həm icbari sığortalanması, həm də zərərdən sığortalanması üçün sığorta təşkilatı ilə müqavilə bağlayır.

Bu sığorta məhsullarından müəssisənin işçisinin faydalanmasına baxmayaraq, sığorta təşkilatı göstərdiyi sığorta xidmətlərinə görə müəssisəyə elektron qaimə-faktura təqdim edir.