RƏSMİ

24 İyun

“Kosmik fəaliyyət haqqında” qanun qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında “Kosmik fəaliyyət haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Fins.az-ın xəbərinə görə, müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

6 fəsil, 24 maddədən ibarət olan qanun Azərbaycan Respublikasında kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müəyyən edir və Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyəcək.

Qanun dərc edildiyi gündən 60 gün sonra qüvvəyə minəcək.