Nəzarət subyektlərinin rəhbərlərinə qarşı tələblər qoyulur
Fins.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində əksini tapıb.
Ödəniş təşkilatının və elektron pul təşkilatının icra orqanının, xarici ödəniş təşkilatının və ya elektron pul təşkilatının yerli filialının rəhbəri aşağıdakı tələblərə cavab verməlidir:
- ali təhsilin olması;
- ödəniş xidmətləri sahəsində azı 2 (iki) il və ya Mərkəzi Bankda və ya Mərkəzi Bank tərəfindən tənzimlənən və nəzarət olunan maliyyə xidmətlərinin göstərildiyi fəaliyyət sahələrində 4 (dörd) il iş təcrübəsinin olması;
- vətəndaş qüsursuzluğu.
Operatorun icra orqanının rəhbəri ali təhsilin olması və vətəndaş qüsursuzluğu tələblərinə cavab verməli, həmçinin Mərkəzi Bankda və ya Mərkəzi Bank tərəfindən tənzimlənən və nəzarət olunan maliyyə xidmətlərinin göstərildiyi fəaliyyət sahələri və ya ödəniş sistemləri sahəsində azı 4 (dörd) il iş təcrübəsinə malik olmalıdır.
Bu Qanunun 54.1.2 – 54.1.7-ci maddələrində nəzərdə tutulan əsaslar üzrə (lisenziyanın qüvvəyə mindiyi gündən 12 (on iki) ay müddətində operator fəaliyyətə başlamadıqda və ya fəaliyyəti dövrü müddətində ardıcıl olaraq 6 (altı) ay müddətində ödəniş sistemi üzrə hər hansı bir əməliyyat aparılmadıqda, operator olan bankın, ya xarici bankın yerli filialının bank lisenziyası ləğv edildikdə, operator bu Qanuna uyğun olaraq tətbiq edilən təshih tədbirlərini yerinə yetirmədikdə, Mərkəzi Banka bilərəkdən yanlış hesabat və ya məlumat təqdim edildikdə və ya ardıcıl olaraq sonuncu iki hesabat tarixinə hesabat təqdim edilmədikdə, operator ləğv edildikdə və ya müflis elan edildikdəvə lisenziyanın verilməsi üçün təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və ya təhrif olunmuş məlumatlar sonradan aşkar edildikdə) ödəniş təşkilatının və ya elektron pul təşkilatının lisenziyası ləğv edildiyi tarixdən əvvəlki 1 (bir) ildən az olmayan müddətdə təşkilatın icra orqanının rəhbəri (üzvü) və ya ödəniş xidmətlərinin idarə edilməsinə bilavasitə rəhbərlik edən şəxslər 2 (iki) il müddətində başqa ödəniş təşkilatının və ya elektron pul təşkilatının icra orqanının rəhbəri (üzvü), habelə xarici ödəniş təşkilatının və ya elektron pul təşkilatının yerli filialının rəhbəri ola bilməz və ödəniş xidmətlərinin idarə edilməsinə bilavasitə rəhbərlik edə bilməzlər.
Bu Qanunun 58.1.2 – 58.1.5-ci maddələrində nəzərdə tutulan əsaslar üzrə (operator bu Qanuna uyğun olaraq tətbiq edilən təshih tədbirlərini yerinə yetirmədikdə, Mərkəzi Banka bilərəkdən yanlış hesabat və ya məlumat təqdim edildikdə və ya ardıcıl olaraq sonuncu iki hesabat tarixinə hesabat təqdim edilmədikdə, operator ləğv edildikdə və ya müflis elan edildikdəvə lisenziyanın verilməsi üçün təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və ya təhrif olunmuş məlumatlar sonradan aşkar edildikdə) operatorun lisenziyası ləğv edildiyi tarixdən əvvəlki 1 (bir) ildən az olmayan müddətdə operatorun icra orqanının rəhbəri (üzvü) olmuş şəxs 2 (iki) il müddətində digər operatorun icra orqanının rəhbəri (üzvü) ola bilməz.
Bu Qanunun 60.2-ci maddəsinin tələbi (operatorun icra orqanının rəhbəri ali təhsilin olması və vətəndaş qüsursuzluğu tələblərinə cavab verməli, həmçinin Mərkəzi Bankda və ya Mərkəzi Bank tərəfindən tənzimlənən və nəzarət olunan maliyyə xidmətlərinin göstərildiyi fəaliyyət sahələri və ya ödəniş sistemləri sahəsində azı 4 (dörd) il iş təcrübəsinə malik olmalıdır) operator olan bankın, xarici bankın yerli filialının və poçt rabitəsinin milli operatorunun rəhbərinə şamil edilmir.
- Bu Qanunun 60.2-ci (Operatorun icra orqanının rəhbəri ali təhsilin olması və vətəndaş qüsursuzluğu tələblərinə cavab verməli, həmçinin Mərkəzi Bankda və ya Mərkəzi Bank tərəfindən tənzimlənən və nəzarət olunan maliyyə xidmətlərinin göstərildiyi fəaliyyət sahələri və ya ödəniş sistemləri sahəsində azı 4 (dörd) il iş təcrübəsinə malik olmalıdır) və 60.4-cü maddələri (operator bu Qanuna uyğun olaraq tətbiq edilən təshih tədbirlərini yerinə yetirmədikdə, Mərkəzi Banka bilərəkdən yanlış hesabat və ya məlumat təqdim edildikdə və ya ardıcıl olaraq sonuncu iki hesabat tarixinə hesabat təqdim edilmədikdə, operator ləğv edildikdə və ya müflis elan edildikdəvə lisenziyanın verilməsi üçün təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və ya təhrif olunmuş məlumatlar sonradan aşkar edildikdə) ilə müəyyən edilmiş tələblər xarici operatorun yerli filialının rəhbərlərinə də şamil edilir.
Nəzarət subyektlərinin icra orqanları və ya onların rəhbərləri barədə reyestrdə dəyişikliklər edilməsi üçün Mərkəzi Banka ünvanlanan müraciətə həmin şəxslərin bu Qanunun tələblərinə uyğunluğunu təsdiq edən sənədlər əlavə edilir.