RƏSMİ

01 Noyabr

Gələn il orta aylıq əməkhaqqı 7,1% artacaq

Cari ilin gözlənilən icra göstəricilərinə əsaslanmaqla qeyd olunmalıdır ki, 2023-cü ilin dövlət büdcəsində əməkhaqqı, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə ayırmalarla (22%) bağlı xərclər bərabər olmaqla 8,6% artımla proqnozlaşdırılmış, növbəti ildə orta aylıq əməkhaqqının artımı 7,1% səviyyəsində nəzərdə tutulub.

"Fins.az" xəbər verir ki, bu, “Dövlət sosial müdafiə fondunun 2023-cü il üçün büdcə layihəsinə Hesablama Palatasının rəyi”ndə əksini tapıb.

Rəydə qeyd edilib ki, cari ilin gözlənilən icrası ilə müqayisədə 2023-cü ildə büdcə təşkilatları (22%) üzrə proqnozlaşdırılan sığorta haqqının artım tempi isə 5,2%-dir.

Statistik məlumatlara əsasən cari ilin avqust ayında orta aylıq əməkhaqqının 829 manat səviyyəsində olması və bu göstəricinin müsbət dinamikliyi fonunda cari ilin sonuna gözlənilən orta aylıq pensiya məbləğlərində artımların gözlənilməsi cari ilə dair xüsusi çəki göstəricisinin müəyyən edilmiş səviyyədən aşağı həddə olacağını şərtləndirir:

“Növbəti ildə bu göstəricidə əsaslı artımların müşahidə edilməsi cari il üzrə orta aylıq nominal əməkhaqqında baş vermiş artımlara müvafiq olaraq növbəti ilin əvvəlində aparılacaq indeksləşdirmə ilə bağlı olması qənaətindəyik”.