RƏSMİ

28 Oktyabr

Azərbaycanda dövlət-özəl tərəfdaşlığı layihəsinin maksimum müddəti 49 il olacaq

Azərbaycanda dövlət-özəl tərəfdaşlığı layihəsinin maksimum müddəti 49 il olacaq.

Fins.az-ın xəbərinə görə, bu, “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihədə qeyd edilib ki, bu müddət, aşağıdakılar nəzərə alınmaqla, səlahiyyətli orqan tərəfindən müəyyən edilir:

- dövlət-özəl tərəfdaşlığı nəticəsində yaradılacaq infrastrukturun müddəti;

- özəl tərəfdaş tərəfindən investisiya qoyuluşunun forması və həcmi, o cümlədən cəlb edilmiş vəsaitin qaytarılması müddəti, şərtləri və layihələr üzrə gəlirlilik.

Dövlət-özəl tərəfdaşlığı layihələri Qanunun 10-cu maddəsinə uyğun olaraq iddiaçılar tərəfindən də təqdim edilə bilər.