QARABAĞ

06 Mart

Ötən il 1120 məcburi köçkün ailəsi azad edilmiş ərazilərdə yaşayış sahəsi ilə təmin edilib

Ötən il “Böyük qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə köçürülən ailələrin sayı açıqlanıb.

Fins.azın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında qeyd edilib.

Hesabata əsasən, ötən il Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın şəhərinə 408 ailə (1555 nəfər), Laçın rayonunun Zabux kəndinə 203 ailə (782 ailə), Zəngilan rayonunun Ağalı kəndinə 175 ailə (871 nəfər), Qarabağ iqtisadi rayonuna daxil olan Füzuli şəhərinə 380 ailə (1392 nəfər) və tərtər rayonunun Talış kəndinə 20 ailənin (90 nəfər) köçrülməsi təmin edilib.

Ümumilikdə 2023-cü ildə 1120 məcburi köçkün ailəsi (4365 nəfər) azad edilmiş ərazilərdə yeni tikilən, eləcə də mövcud qəsəbə və yaşayış komplekslərində yaşayış sahəsi ilə təmin edilib.

Bundan əlavə mövcud qəsəbə və şəhərciklərdə üzrsüz səbəbdən yaşayış olmayan və ya işğaldan azad olunmuş ərazilərə köçlə bağlı təhvil alınmış evlər hesabına mənzil-məişət şəraiti ağır olan 143 ailə (572 nəfər) yaşayış sahəsi ilə təmin edilib.

Fuad Mədətov
Fins.az