Son dörd ayda Kəlbəcər və Laçında 2 728 mina aşkarlanıb.
Fins.az xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin Azərbaycan ərazilərində Ermənistan istehsalı olan yeni minaların aşkarlanması və davam edən mina təhdidi barədə açıqlamasında əksini tapıb.
Qeyd olunub ki, bu ilin avqust ayından etibarən sözügedən minalar daxil olmaqla, Azərbaycan-Ermənistan arasında sərhədin Kəlbəcər və Laçın sahəsində 1119, Qarabağ iqtisadi rayonu ərazisində isə 1609 ədəd 2021-ci il Ermənistan istehsalı minalar (ümumilikdə 2728) aşkarlanaraq zərərsizləşdirilib.
Xatırladaq ki, noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində Azərbaycan ərazilərindən hələ də çıxarılmamış erməni silahlı dəstələri tərəfindən basdırılmış 2021-ci il Ermənistan istehsalı 350 ədəd PMN-Э tipli piyada əleyhinə minalar aşkarlanıb.