QARABAĞ

10 Noyabr

Nazir: "İlk növbədə vəsaiti işğaldan azad edilmiş ərazilərin bərpasına ayırmalıyıq"

"Biz ilk növbədə vəsaiti işğaldan azad edilmiş ərazilərin bərpasına ayırmalıyıq".

Fins.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

“Həmin ərazilərdən didərgin düşən soydaşlarımızın geri qayıtmasına, onlar üçün məşğulluq imkanlarının yaradılmasına vəsait yönəltməliyik. Sərhədlərimizin qorunması da ən ümdə məsələlərdəndir. Bu prioritetlər öndə durmaqla digər məsələlər də büdcə planlanmasında, ortamüddətli xərclərdə üstünlük təşkil edəcək. Digər məsələlərə dövlət büdcəsinin imkanları çərçivəsində, gəlirlərimiz imkan verdiyi səviyyədə vəsait ayrılacaq”.